Free Fighting döyüş qaydaları

Free Fighting yarışları iki kateqoriyada keçirilir.

Həvəskar və Peşəkar

Fri Faytinq-həvəskar

 Əl ayaq zərbələri.

8-9/10-11/12-13 yaş uşaq və yeniyetmələrdə ayaq üstə sındırıcı boğucu fəndlər yerdə əllə rəqibi vurmalar qadağandı.Yalnız yerdə ağrıdıcı və boğucu fəndlər işlədə bilər,lakin qol tam açılarsa təslim olmasa belə hakim tərəfindən döyüş saxlanılır və döyüş bitmiş hesab olunur.

14-15-16-17 yaş yeniyetmə və gənclərdə əl ayağın   bütün zərbələrinə, yerdə ağrıdıcı və boğucu  fəndlərə icazə verilir.

18 yaşa çatmamış idmançılar diz vurması qadağandır.

18 yaşdan yuxarı dirsəkdən başqa bütün zərbələrə icazə verilir.

Atma qaydaları

Rəqibi istənilən şəkildə atmaq sərbəstdir lakin rəqibin boynunu qabağdan və ya arxadan iki əllə tutub atmaq qadağandır.

Yarış zonasında atma fəndi icra olunursa təhlükəsizlik zonasında bitsə də etibarlı sayılır. Rəqibi təhlükəsizlik xəttindən sıxışdırmaq qadağandır.Hər hansı bir şəkildə rəqibi yerə yıxarsa, rəqibin üstünə düşməsindən və ya ayaqda qalmasından asılı olmayaraq atma fəndi sayılır. 

Həvəskarda rəqibi yerdə hər hansı bir fəndlə(klinç)hərəkətsiz sıxıb saxlayarsa hakim tərəfindən hesab açılır 10 qədər sayılır sona qədər saxlanılsa 1 xal verilir 10 hesab sayından sonra yenidən dayanma olarsa döyüş ayaq üstə davam etdirilir əgər yerdə dayanmazsa saxlanılmadan davam etdirilir.

Qadağalar

Həvəskar döyüşdə, boğulma, kilidləmə, basma, qolun ağrıdıcı fənfləri tətbiq etməklə təslim etmək olar. Əllə rəqibin üzünü tutmaq qadağandır.Rəqib qadağan olunanı icra edərsə, hakim davam edən döyüşü dayandıra bilər və xəbərdarlıq verildikdən sonra bir daha edərsə 1 xal rəqibdən çıxılacaq. Yerdə döyüşən zaman baş geyimi və ya dişlik(kapa)çıxarsa döyüş dayandırılır və qaydasına salındıqdan sonra davam etdirilir. Barmaqlarına ağrıdıcı vermək qadağandır.Əl və ayaqla kəmərdən aşağa (qasıq), boğazdan, gözlərdən, başın arxa hissəsindən, bel və onurğadan başqa bütün bədən hissələrinə vurula bilər. Rəqibinizi əllərinizlə və ya ayaqlarınızla tutaraq (klinç) vəziyətində vura və ya tuta bilərsiniz.            

 Rəqibn biri yerdədirsə, rəqibə ayağla  zərbə endirmək qadağandır.Başla zərbə endirmək,qarşılaşma zamanı danışmaq, döyüşdən qaçaraq vaxt öldürmək, dəqiq texniki tətbiq olunmadan rəqibinə arxa çevirmək, hörmətsizlik rəqibə, hakimə və hakimlərə qarşı davranış. Məşqçilərin və köməkçilərin qışqırıq nitqi, rəqibə və ya ring menecerinə şifahi müdaxilə. Şortu tutmaq.Halqanın və ya qəfəsin iplərini tutarkən hərəkət etmək qadağandır.Rəqibi dizdən aşağı qaldırıb başın üstündən atması qadağandır.

 

Həkim

Bütün yarışlarda həkim iştirak etməli və yarışmaya yaxın olmalıdır. Yaralanma halında, idmançının davam etmə qərarı yalnız həkimindir. Həkimin qərarı ilə davam edə bilməyən yarışmacı heç bir şəkildə həmin turnirdə davam edə bilməz.Yarışda iştirak etmək üçün həkimdən sağlamlıq arayişi mütləq alınmalıdır.

Etiraz

Bir komanda qərardan şikayət vermək istədikdə, qərar oyundan sonra 15 dəqiqə ərzində Mərkəzi Hakimlər Şurasına yazılı şəkildə təqdim edilməlidir. Yazılı müraciət problemi aydın şəkildə ifadə etməlidir. Etiraz kamera şəkillərinə baxaraq qiymətləndirilir və dərhal nəticələnir. Etirazın uyğunluğuna görə qarşılaşma təkrarlana bilər. İdmançılardan biri matçın təkrar oyununa çıxmasa, nəticəsiz məğlubiyyət elan ediləcək. Federasiyanın etiraz haqqı açıq şəkildə ödənilməlidir. Apellyasiya yerində tapılarsa, bu ödəniş geri qaytarılacaq. Apelyasiya haqqı 30azn-dir.

 

Fri Faytinq həvəskar koteqoriyasında istifadə olunan geyim və qoruyucular

 

Şort, tayt ( qısa), ayaq qoruyucusu,kəmərdən aşağa(pax) qoruyucusu ,baş geyimi,ağız qoruması(dişlik) yarım əlcək,(yetkinlik yaşına çatmayanlar üçün məcburi deyil) istifadə edilməlidir.

 Xanımlar döş qoruyucu vasitələrdən istifadə etməlidirlər. Bilərziklər, kolyeler, sırğalar, üzüklər və ya buna bənzər zərər verən zərgərliklərdən istifadə edilə bilməz. Rəqabət qoruyucu vasitələri federasiya tərəfindən təsdiqlənmiş məhsullar olmalıdır və müsabiqə münsifləri tərəfindən yoxlanılmalıdır.

 

Verilən xallar

Sinədən yuxarı atma fəndi-3xal

Ayağları yerdən üzərək yıxma -2xal

Yanaki yıxma-1xal

 Yumruq, diz- 1xal

Tullan, diz vur,- 2xal

Ayağla başa 2 xal

Ayağla ayağa(lou kick)-1xal

Hər qanunsuz hərəkət (-) 1xal

Yerdə hər vurulan zərbə əllə-1xal

Yerdə klinç vəziyətində saxlayarsa  10 say hesabında-1xal

Rəqib zərbədən naqdaund vəziyəti alarsa döyüş dayandırılacaq

Rəqiblərdən biri finalda 10 bal fərq limitinə çatsa, qalib elan ediləcəklər.

Döyüş bərabər bitərsə kim çox fəndlər göstəribsə döyüş həmən döyüşçüyə verilir..

 

Yarış boyunca  pozuntular olarsa hər zaman xəbərdarlıqlar edilməlidir.

İlk (1-ci) pozuntu və ya nitq - Şifahi xəbərdarlıq

İkinci (2-ci) Cinayət və ya Davranış - Rəsmi Xəbərdarlıq 

Üçüncü (3-cü) pozuntu və ya çıxış - cərimə xalı -1

Dördüncü (4-cü) pozuntu və ya geri götürmə - Diskvalifikasiya

Fri Faytinq yarışları  qəfəs, rinq və ya tatami içərisində keçirilir.

 

Yaş qruplari və çəki dərəcələri

8-9/10.11 yaş

Oğlan: kq. -20 -24, -28 -32, -36, 40, - 44, -48, -52-56, 61-61+ (yuxarı limit 67-dən yuxarı olmayacaq)

Qızlar: kq.-20 -24, 28 -32, -36, -40, - 44, –48, 52-56-61 (yuxarı limit 62-dən yuxarı olmayacaq)

 2 raund- 2 dəyqə.istirahət 1 dəyqə


12-13/14-15 yaş

Kişi: kq. -28 -32, -36, 40, - 44, -48, -52-56, 61-61+ (yuxarı limit 67-dən yuxarı olmayacaq)

Miss: kq.  -28 -32, -36, -40, - 44, –48, 52-56-61 (yuxarı limit 62-dən yuxarı olmayacaq)

2 raund-2 dəyqə-30 san- I dəyqə istirahət

 

16—17 yaş  gənclər

Oğlan çəkilər 56, 61, 66, 71, 77, 86, 91, 91+

Qızlar cəkilər 50, 55, 61, 68, +68

2 raund-3 dəyqədən  istirahət 1 dəyqə

 

18+yaşdan yuxarı Kişilər

Kişilər-56, 61, 66, 71, 77, 86, 91, 91+

Qadınlar-52, 54, 57, 61, 66, 71.

3 raund 3 dəyqədən, istirahət 1 dəyqə



Yaşlılar-40-45 yaş

57-61-66-71-75-81

2 raund-3 dəyqədən-1 dəqiqə fasilə (təşkilatlardan asılı olaraq dəyişə bilər)

 

Hakim heyyəti

3 nəfər yan hakim

1 nəfər baş hakim

1 nəfər vaxt hakim-

1 nəfər orta hakim


Toplanan xallar və hakim rəyi

Hər turun sonunda xalları kağıza yazırlar; Ən yaxşı döyüşçü 10, digəri 9 xal, əhəmiyyətli bir fərq varsa, 8 xal yazılır. Sonra cərimə ballarını çıxarıb nəticə hissəsindəki ümumi balı kağıza yazırlar.Baş hakim   sonunda hər bir hakimın verilmiş xalları toplayır və qalib olan idmançını elan edir.